“Neftçi”nin beş futbolçusu “Turan Tovuz”la matçı buraxacaq
Bakı, 23 fevral , AZƏRTAC
“Neftçi” Azərbaycan Premyer Liqasının XIV turunda “Turan Tovuz”la keçiriləcək oyundan əvvəl zədəli futbolçuların son durumunu açıqlayıb.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, mikrozədələri olan Rəhman Hacıyev və Azər Əliyev bu matçı buraxmalı olacaqlar.
Komanda ilə məşqləri yenicə bərpa edən Andre Şinyaşiki baş məşqçinin qərarı ilə görüşdə iştirak edə bilməyəcək. Uzun müddətdir zədəli olan Emil Balayevlə Ataa Caber isə bərpa və müalicə prosesini davam etdirir.
Qeyd edək ki, fevralın 24-də Tovuz şəhər stadionda oynanılacaq qarşılaşma saat 15:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]