Nəqliyyat işçilərinin tətili Berlində hərəkəti iflic edib
Bakı, 29 fevral, AZƏRTAC
İctimai nəqliyyat işçilərinin genişmiqyaslı tətili Berlində hərəkəti iflic edib və küçələrdə uzun tıxaclara səbəb olub.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqı tərəfindən təşkil olunan tətil metro, avtobus və tramvay işçilərini əhatə edib. Yerli vaxtla saat 3:00-da başlayan tətil martın 1-i saat 14:00-dək davam edəcək.
Eyni zamanda, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində nəqliyyat işçilərinin daha bir uzunmüddətli tətili keçirilir.
Etirazçılar həftəlik iş saatının azaldılmasını, növbələr arasında istirahət vaxtının artırılmasını, gecə və növbə ilə çalışan işçilər üçün əlavə istirahət günlərinin verilməsini tələb edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:46]
Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]