NƏQLİYYAT SEKTORUNDA 7,6 MİLYON SƏRNİŞİN DAŞINMIŞDIR
Cari ilin yanvar ayında Azərbaycanın nəqliyyat sektorunda 7,6 milyon nəfər sərnişin daşınmışdır. Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ötən ilin ilk ayı ilə müqayisədə 2,7 faiz çoxdur.
Sərnişin daşınmasının 84,3 faizi qeyri-dövlət bölməsinin nəqliyyat vasitələrinin payına düşür.