“NƏRİMAN ƏLİYEV” SƏNƏDLİ TELEVİZİYA FİLMİNİN ÇƏKİLİŞLƏRİİ BAŞA ÇATMIŞDIR
Birlikdən AZƏRTAC-a bildirmişlər ki, “Nəriman Əliyev” filminin kadrları sənətkarın doğulub boya-başa çatdığı Buzovna kəndində, uzun illər dərs dediyi A.Zeynallı adına Bakı Musiqi Məktəbində və Şəkidə çəkilmişdir. Filmin ssenari müəllifi Zərifə Ağahüseynqızı, rejissoru Mikayıl Əjdəroğludur. Ekran əsərində N.Əliyevin şagirdləri - xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Ağaxan Abdullayev, Canəli Əkbərov, Nəzakət Teymurova, əməkdar artist Səfa Qəhrəmanov və başqaları lentə alınmışlar. Filmin bir neçə epizodu N.Əliyevin şagirdi, əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovaların Şəkidə yaşayan böyük bacıları, müğənni Rahimə Məmmədquliyevaya həsr edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub
- 09.10.2026 [10:33]
“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb
- 08.10.2026 [19:43]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:02]