Nərimanov rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb
Bakı, 2 avqust, AZƏRTAC
Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər rayon polis idarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Bakı şəhər sakinləri Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutulublar.
Onların üzərlərinə və evlərinə baxış zamanı satış üçün qablaşdırılan heroin və metamfetamin, elektron tərəzilər və satışı qadağan edilən psixotrop tərkibli metadon həbləri aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanıb. Cavid Abbasov, Telman Rəsullu və Taleh Hüseynov tutularaq istintaqa cəlb olunublar.