Nəsimi rayonunda evdə baş vermiş yanğın nəticəsində bir nəfər xəsarət alıb
Bakı, 14 sentyabr, AZƏRTAС
Nəsimi rayonunun 3-cü Alatava küçəsindəki evdə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsi 50 kvadratmetr, ikinci mərtəbəsi isə 100 kvadratmetr sahədə yanıb. Evin böyük hissəsi, habelə bitişik evlər yanğından mühafizə olunub. Hadisə nəticəsində bir nəfər vətəndaş xəsarət alıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, dünən gecə saatlarında 3-cü Alatava küçəsindəki evdə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]