Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir
Bakı, 7 aprel, AZƏRTAC
Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da qabaqlayıcı profilaktik tədbir - dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.