Nəsimi rayonunda ölkəmizdə keçirilən Prezident seçkilərinin 1 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib
Bakı, 11 aprel, AZƏRTAC
Aprelin 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəsimi rayon icra hakimiyyəti və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə dövlət başçısı İlham Əliyevin növbəti dəfə Prezident seçilməsinin 1 illiyinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada rayon könüllüləri, Bakı Slavyan Universitetinin tələbələri, o cümlədən əcnəbi tələbələr fəal iştirak ediblər. Bayram əhval-ruhiyyəsi ilə keçən tədbirdə gənclər vətənpərvərlik mahnıları oxuyub, birlikdə rəqs ediblər.
Sonra əlamətdar günü əbədiləşdirən xatirə şəkilləri çəkilib.