Nəsimi rayonunda vətəndaşlara ağac tingləri paylanılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə “Bir ağac-min nəfəs” aksiyası bu dəfə Nəsimi rayonunda keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, ETSN, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “ARAZ” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlardan ümumi tutumu 452 litr olan plastik, 54 litr olan şüşə butulka və 141 ədəd işlənmiş batareya təhvil götürülüb və əvəzində onlara ağac tingləri paylanılıb.
Nazirlik hər kəsi növbəti aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırır. Vətəndaşlar əldə etdikləri tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə nazirliklə bölüşə bilərlər.