Netanyahu Nyu-Yorka səfər planında dəyişiklik edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Livanda hərbi əməliyyatların başlamasına baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər planını qüvvədə saxlayıb. Lakin o, Nyu-Yorka bu gün deyil, sentyabrın 26-da gedəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Bildirilir ki, Baş nazir Nyu-Yorka gedişini bir gün təxirə salıb. O, BMT-də çıxış etməyə bu gün axşam deyil, sabah gedəcək və şənbə günü qayıdacaq. Gün ərzində isə güc strukturlarının nümayəndələri ilə Livana hücumlarla bağlı məsləhətləşmələr aparacaq.
Sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” adlanan “qabaqlayıcı hücum əməliyyatına” başladığını elan etdi. Əməliyyat çərçivəsində “Hizbullah”ın hərbi infrastrukturuna zərbələr endirilir. Bəyan edilən məqsəd İsrailin şimal sərhəd bölgələrinin 2023-cü il oktyabrın 8-dən “Hizbullah” tərəfindən davamlı atəşə tutulması nəticəsində təxliyə edilən on minlərlə yerli sakinin geri qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]