Netanyahu: Qəzzada döyüşlər iki aydan çox sürməyəcək
Bakı, 11 mart, AZƏRTAC
İsrail ordusu yaxın iki ay ərzində Qəzza zolağında hərbi əməliyyatları dayandıracaq.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü bildirib.
O deyib: “Döyüşlər iki aydan çox davam etməyəcək. Bəlkə altı həftə, bəlkə də dörd həftə çəkəcək”.
Baş nazir qeyd edib ki, İsrail Müdafiə Qüvvələri (IDF) artıq HƏMAS qruplaşmasının döyüş terrorçu batalyonlarının 75 faizini məhv edib. “Biz son hissəyə yaxınlaşırıq”, - deyə Netanyahu vurğulayıb.
O, həmçinin əmin edib ki, İsrail hərbçiləri hələ də hərbi əməliyyatları Rəfah şəhərinə qədər genişləndirmək niyyətindədirlər.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Buna cavab olaraq İsrail dövləti Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]