“Netflix” Meksikaya 1 milyard dollar investisiya yatıracaq
Bakı, 21 fevral, AZƏRTAC
“Netflix” 4 il ərzində Meksikaya 1 milyard dollar sərmayə qoyacaq.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə “Netflix”in baş direktoru Ted Sarandos açıqlama verib.
Baş direktor çıxışında Meksikanın şirkət üçün əhəmiyyətindən danışıb və “Netflix” məhsullarının ölkədəki iqtisadi təsirinə diqqət çəkib. Həmçinin, “Netflix”in qarşıdakı 4 il ərzində Meksikada çəkiləcək serial və film istehsalına 1 milyard dollar sərmayə qoyacağından məmnunluğunu ifadə edib.
Ted Sarandos qeyd edib ki, bu investisiya audiovizual sektorun inkişafına kömək etməklə yanaşı, ölkə daxilində yeni iş yerləri və imkanlar yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]