“Neuralink” 2026-cı ildə gözdən əlillərin görmə qabiliyyətini qismən bərpa edəcək
Bakı, 5 sentyabr, AZƏRTAC
İlon Maskın təsis etdiyi və neyroimplantların yaradılması üzrə ixtisaslaşmış “Neuralink” şirkəti 2026-cı ildə tamamilə kor olmuş pasiyentlərin görmə qabiliyyətini bərpa etmək üçün ilk əməliyyat keçirməyi planlaşdırır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İlon Mask Kanadada ilk əməliyyatın keçirilməsi barədə xəbərləri şərh edərkən bildirib: “Biz gələn il tamamilə kor insanın görmə qabiliyyətini qismən bərpa etmək niyyətindəyik”.
“Bloomberg” agentliyi daha əvvəl bildirmişdi ki, şirkət 2031-ci ilə qədər hər il 20 minə qədər xəstəyə neyroimplantların quraşdırılmasını nəzərdə tutur.
Şirkət gələcəkdə çiplərin ən azı üç versiyasını təklif etmək niyyətindədir. Belə ki, “Neuralink” gözdən əlillərin görmə qabiliyyətini bərpa etmək üçün nəzərdə tutulan “Blindsight”, Parkinson xəstəliyi də daxil olmaqla neyrodegenerativ xəstəliklərin simptomlarını azaltmaq üçün cihaz, həmçinin düşüncə gücü ilə kompüterləri və digər cihazları idarə etməyə imkan verən telepatiya sistemini təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2026 [18:51]
Rusiya Macarıstana neft və qaz tədarükünü dayandıra bilər
- 28.08.2026 [18:29]
İspaniya qeyri-qanuni miqrantlarla bağlı qaydaları sərtləşdirir
- 28.08.2026 [18:23]
Almaniya bu il iqlim hədəfinə nail olmamaq riski ilə üzləşib
- 28.08.2026 [18:12]
Şimali Koreyanın nüvə potensialını 100 min dəfə artırdığı açıqlanıb
- 28.08.2026 [16:59]
Qara dənizdə gərginlik Baltik buğdasına marağı artırıb
- 28.08.2026 [16:52]
Alp dağlarında yaranan təhlükə ilə bağlı xəbərdarlıq edilib
- 28.08.2026 [16:48]
Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb
® Beynəlxalq səviyyəli cərrah
- [19:10]
Kəlbəcərə dolu yağıb
- [18:20]
® PR və onun əsasları
- [17:45]
Bir xəyalın ardınca BDU-ya
- [14:13]