NİCAT MƏMMƏDOV İSPANİYADA KEÇİRİLƏN BEYNƏLXALQ ŞAHMAT TURNİRİNDƏ LİDERDİR
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan qrossmeysteri Nicat Məmmədov İspaniyanın Xueska şəhərində keçirilən şahmat üzrə “VİLLA DE BENASQUE” XXIX beynəlxalq açıq turnirində uğurlu çıxışını davam etdirir. 5-ci turda Nicat Məmmədov (2614) İspaniyadan olan rəqibi David Rekuero Querra (2460) üzərində qələbə qazanmışdır.
Beş turun yekunlarına görə şahmatçımız Vladimir Burmakin (Rusiya), Viktor Lazniçka (Çexiya), Sarunas Sulskis (Latviya) ilə birlikdə birinci yeri bölüşdürür.
İsveç sistemi üzrə keçirilən turnir iyulun 12-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]