Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Arpadarai: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın mühüm nailiyyətidir

Nigar Arpadarai: Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın mühüm nailiyyətidir

Bakı, 5 iyul, AZƏRTAC

Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib. 2019-cu ildən bəri Hərəkatın sədri olan Azərbaycan sözügedən parlamentlərarası platformanın yaradılmasının əsas təşəbbüskarı olub. Qoşulmama Hərəkatı BMT-dən sonra dünya ölkələrini özündə birləşdirən ikinci ən böyük təşkilatdır və buraya 120 ölkə üzvdür. 1961-ci ildə yaradılmış bu təşkilat ilk gündən böyük dövlətlərin fərqli beynəlxalq siyasi oyunlarını həyata keçirdiyi şəraitdə heç bir bloka daxil olmayan, müstəqilliyini və birliyini qorumaq məqsədi ilə birləşən ölkələrin platformasına çevrilib.

Azərbaycanın quruma sədrliyi dövründə dövlətimizin başçısının strateji baxışı və rəhbərliyi altında irəli sürülən təşəbbüslərlə təşkilat əvvəlki fəallığını bərpa etməyə nail olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

O bildirib ki, bu təşəbbüslərdən biri yuxarıda adı çəkilən Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsinin yaradılması idi. Şəbəkənin rəsmi təqdimatı ötən il Madriddə, Qoşulmama Hərəkatının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində baş tutub. Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Parlamentlərarası Şəbəkənin Madrid iclasında Bakıda keçiriləcək konfransa hazırlıq işlərinə başlanılıb, çoxlu sayda iştirakçıların cəlb edilməsi üçün işlər aparılıb. Şübhəsiz ki, Bakı konfransında dünyanın 40 ölkəsindən parlament nümayəndə heyətinin, 9 beynəlxalq parlament təşkilatının nümayəndələrinin iştirakı bu təşəbbüsün məhsuldar nəticəsidir. Nümayəndə heyətlərinin tərkibinə 15 ölkənin parlament sədrləri daxil idi.

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması nə üçün əhəmiyyətlidir? Cəmi 3 il əvvəl, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyə yeni başlayanda çox az adam təxmin edə bilərdi ki, İkinci Qarabağ müharibəsi zamanı Qoşulmama Hərəkatı Azərbaycan üçün son dərəcə faydalı olacaq və Prezident İlham Əliyevin yüksək diplomatik bacarığı sayəsində bu, Azərbaycanın mövqeyinin aydın və birmənalı şəkildə təqdim olunacağı, dəstəklənəcəyi beynəlxalq platformalardan birinə çevriləcək. Hərəkatın əhəmiyyəti ondadır ki, BMT, ATƏT, AŞ və sair kimi təşkilatlardan fərqli olaraq, burada böyük dövlətlərin dominantlığı daha az nəzərə çarpır. BMT-nin onun Təhlükəsizlik Şurasının daimi üzvləri arasında rəqabət və mübahisənin girovuna çevrilməsinin, Avropa İttifaqı və NATO-nun böyük üzv dövlətlərin əlində alət olmasının və nəticədə kiçik dövlətlərin maraqlarının diqqətdən kənar qalmasının çox şahidi olmuşuq. Hətta Avropa Şurasında belə Qərbi Avropa ölkələri davamlı olaraq Şərqi Avropa ölkələrini sıxışdırmağa, onlara standartlar və ya həll yolları tətbiq etməyə çalışırlar.

Məhz bu səbəbdən də Qoşulmama Hərəkatı Azərbaycanın bu yanaşmalardan faktiki olaraq azad şəkildə, eyni zamanda, dünya ölkələrinin əksəriyyətinə öz səsini çatdıra biləcəyi məkana çevrilib. Müharibə zamanı Azərbaycanın faktiki olaraq informasiya və diplomatik blokadadan çıxması nümunəsinin digər ölkələrdən olan həmkarlarda necə təəssürat yaratdığının şahidi olduq. İstər regiondan, istərsə də daha geniş coğrafiyadan olan üzvlərin gözündə Azərbaycanın statusu bənzərsiz dərəcədə artıb”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, parlamentlərarası əlaqələr və parlament diplomatiyası çox önəmli fəaliyyət istiqamətidir. Xarici işlər nazirlikləri tərəfindən həyata keçirilən klassik diplomatik fəaliyyət xalqların dövlətçiliyinin və suverenliyinin ən mühüm alətlərindən biridir. Lakin xarici işlər orqanları öz təbiətlərinə görə müəyyən diplomatik protokol və beynəlxalq hüquqi öhdəliklər çərçivəsində fəaliyyət göstərirlər. Parlament üzvləri isə bu qaydaların çərçivəsi ilə bir o qədər də məhdudlaşmırlar. Şübhəsiz ki, hər bir deputatın xarici siyasət müstəvisində fəaliyyəti zamanı, təmsil etdiyi ölkənin milli maraqlarını əsas tutmalıdır. Eyni zamanda, klassik diplomatdan fərqli olaraq parlament üzvü öz fikrini ifadə etməkdə, eləcə də müzakirə və çıxış üçün mövzu seçməkdə daha sərbəstdir. Bundan əlavə, təmsil etdiyi dövlət onun hərəkətlərinə və ifadələrinə görə birbaşa hüquqi məsuliyyət daşımır. Söhbət daha çox mənəvi və siyasi məsuliyyətdən gedə bilər.

N.Arpadarai diqqətə çatdırıb ki, Azərbaycan son illərdə, xüsusən də müharibə dövründə və müharibədən sonra parlamentin xarici siyasət istiqamətində çox fəaldır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması isə bu istiqamətdə əlamətdar və mühüm nailiyyətdir. Bu tip beynəlxalq şəbəkələrin yaradılması, onun gücləndirilməsi uzunmüddətli və strateji prosesdir. Azərbaycanın məhz bu Şəbəkənin təşəbbüskarı olması isə mühüm hadisədir.

“Hazırkı qlobal vəziyyəti və beynəlxalq hüquq institutlarının dərin böhranını nəzərə alsaq, bu, ikiqat əhəmiyyətə malikdir. Kiçik və orta dövlətlər daha çox əməkdaşlıq etməli, dünya arenasında onların səsi daha yaxşı eşidilməli, hüquqlarının müdafiəsi üçün real mexanizmlər uğrunda mübarizə aparılmalıdır. Yaşadığımız ədalətsiz dünyada isə buna ancaq prinsiplər və alətlər üzərində səyləri birləşdirmək və razılaşdırmaqla nail olmaq olar. Bunun üçün tutarlı müstəvilərdən biri də yaxın illərdə Qoşulmama Hərəkatının Parlamentlərarası Şəbəkəsi olmalıdır”, - deyən deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan güləşçi: Kiçik səhv ucbatından çempionluğu əldən verdim

Naxçıvan DOST Mərkəzinin xidmətlərindən artıq 300-dək vətəndaş faydalanıb

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Britaniyada inflyasiya 2,9 faizə yüksəlib

® “SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub

Əşrəf Hakimi dünyanın ən yaxşı cinah müdafiəçiləri reytinqində birinci yerdədir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin yeddi ayında 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır

AzTU əməkdaşı IFLA-nın 90-cı konfransında universitetin kitabxana şəbəkəsini təqdim edib

Şəkidə dövlət müəssisəsinin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib

Qızıl və gümüş ucuzlaşıb

"İnter” “Liverpul”un futbolçusuna 30 milyon avro təklif etməyə hazırlaşır

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycanlı FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib

Azərbaycan nefti 94 dollara satılır VİDEO

Azərbaycan nefti 94 dollara satılır VİDEO

Çempionlar Liqası: "Sabah" bu gün İsrail klubu ilə qarşılaşacaq

Azərbaycanın musiqi mədəniyyətini xaricdə nümayiş etdirmək fəaliyyətimdə xüsusi yer tutur  - MÜSAHİBƏ

Bu gün Ümumdünya Fotoqrafiya Günüdür

Bakıda hazırda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

ABŞ Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Cənubi Koreya-ABŞ birgə təlimi vaxtından əvvəl başa çatacaq –YENİLƏNİB

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ-yə ixrac edildiyi açıqlanıb

Media: Donald Tramp Kim Çen Inla görüşmək niyyətindədir

İsrail Suriyadakı hərbi bazaya zərbə endirib

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə qarşılaşması 1:1 hesabı ilə başa çatıb

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib VİDEO

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib VİDEO

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? VİDEO

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? VİDEO

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb