Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı çıxışı gözlənilir
Bakı, 25 fevral, AZƏRTAC
Ermənistanın baş nazir Nikol Paşinyanın ölkədəki vəziyyətlə bağlı bu gün Yerevanın respublika meydanında çıxışı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb: “Mən saat 16:00-da respublika meydanında çıxış edəcəyəm. Buna qədər meydana yığışırıq. Polis və hüquq-mühafizə orqanları mitinqin təhlükəsizliyini təmin edəcək”.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin baş qərargahı Paşinyanın istefasını tələb edib və onu öz xalqına qarşı güc işlətməkdən çəkinməyə çağırıb. Buna səbəb baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən azad edilməsi olub. KİV-in məlumatına görə, o, hökumət başçısının “İskəndər” kompleksi barədə dediklərini məsxərəyə qoyub.
Silahlı qüvvələrin istefa tələbindən sonra Paşinyan baş qərargahın rəisi Onik Qasparyanı da vəzifəsindən azad edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]