“NİKOYL” BANKI İLK FİLİALINI AÇACAQ
“NİKoyl” investisiya-kommersiya bankı ilin birinci yarısında Qəbələ rayonunda özünün ilk filialını açacaqdır. Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ilin sonunadək daha bir neçə filial açmaq nəzərdə tutulmuşdur.
“NİKoyl” bankının 5 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalı “NİKoyl” korporasiyasının (60 faiz) və “LUKoyl” neft şirkətinin (40 faiz) hesabına yaradılmışdır.