Norveç Ukraynaya dəstəyini daha 4,59 milyard dollar artıracaq
Bakı, 7 mart, AZƏRTAC
Norveç parlamenti martın 6-da Ukraynaya dəstəyin əlavə olaraq 50 milyard Norveç kronu (4,59 milyard ABŞ dolları) məbləğində artırılmasına razılıq verib.
AZƏRTAC Sinxua agentliyinə xəbər verir ki, bununla da 2025-ci ildə Norveçin Kiyevə yardımının ümumi həcmi 85 milyard krona (7,82 milyard dollar) çatacaq. 2030-cu ilədək olan dövrdə isə bu dəstək 205 milyard Norveç kronu (18,85 milyard ABŞ dolları) təşkil edəcək.
“Stortingdə (parlamentdə) Norveçdən Ukraynaya dəstəyin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı geniş siyasi razılıq əldə olunub”, - deyə Skandinaviya ölkəsinin Baş naziri Jonas Qar Stere bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]