Novak Cokoviç Uimbldon turnirinin qalibi olub
Bakı, 14 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 14-də “Böyük dəbilqə” seriyasından olan Uimbldon tennis turnirinin final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, isveçrəli Rocer Federer serbiyalı Novak Cokoviç ilə üz-üzə gəlib. Gərgin və yaddaqalan görüş Novakın qələbəsi ilə başa çatıb - 3:2 (7:6, 1:6, 7:6, 4:6, 3:2).
Federer və Cokoviç ATP turnirlərində 49 dəfə qarşılaşıblar. Bu oyunlardan 22-də isveçrəli tennisçi, 27-də isə serbiyalı tennisçi qələbə qazanıb.
Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub.
“Uimbldon-2019” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki üçüncü turniridir.
Qeyd edək ki, Londonda ənənəvi olaraq keçirilən turnirin ümumi mükafat fondu 49,33 milyon dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]