Nyu-York sakinləri şəhərin merini seçirlər
Bakı, 5 noyabr (AZƏRTAC). Nyu-Yorkun sakinləri bu gün şəhərin merini seçmək üçün seçki məntəqələrinə gəlirlər. ABŞ-ın ən iri meqapolisinin rəhbəri vəzifəsinə əsas iddiaçılar Demokratlar Partiyasından namizəd, məşhur vəkil Bill de Blazio, eləcə də respublikaçı Cozef Lota hesab olunur.
Müşahidəçilər qeyd edirlər ki, hazırda de Blazionun qələbəyə daha çox şansı vardır. O, 2010-cu ildən şəhərdə ən vacib vəzifələrdən birini - meqapolisin ictimai müdafiəçisi vəzifəsini tutur.
Amerikanın “Uoll-strit cornal” qəzetinin və En-bi-si teleşirkətinin apardığı son sorğuların nəticələrinə görə, seçicilərin 65 faizi de Blazioya səs verməyə hazırdır. Bill de Blazionun proqramının əsas bəndlərindən birini meqapolisin ən varlı sakinləri üçün vergilərin qaldırılması təşkil edir.
Şəhər meri dörd illiyə seçilir və bir dəfə yenidən seçilə bilər. Nyu-York ənənəvi olaraq Demokratlar Partiyasının daha çox dəstəkləndiyi Amerika şəhərlərindən hesab edilir.
Bununla yanaşı, son illər şəhərin meri vəzifəsini respublikaçı-siyasətçilər və ya müstəqil namizədlər tutmuşlar. Demokratlar isə 1989-cu ildən öz namizədlərinin seçilməsinə nail ola bilməmişlər.
Meqapolisin illik büdcəsi ABŞ-da ən böyük büdcədir və təxminən 50 milyard dollar təşkil edir. Hazırda mer vəzifəsini tutan Blumberqin məvacibi ildə təxminən 225 min dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]