İQTİSADİYYAT
Ödəniş kartlarının sayı artıb

Bakı, 26 sentyabr, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20 faiz, kredit kartları üzrə 21.4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2.1 milyon ədəd artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.12.2023 [14:41]
Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim təşkil olunub
- 06.12.2023 [14:22]
AZAL Bakı-Milan reysinin sərnişinləri üçün xüsusi imkanlar təqdim edir
- 06.12.2023 [13:51]
Əsgəran və Ağdamın işğaldan azad edilmiş ərazilərində rabitə qurulur VİDEO
- 06.12.2023 [12:57]
KOBİA: İndiyədək 51 daxili bazar araşdırması aparılıb
- 06.12.2023 [12:22]
Bağdadda İraq-Azərbaycan birgə komissiyasının iclası keçirilir
- 06.12.2023 [11:15]