Odlar Yurdu Universitetinin prorektoru beynəlxalq ekspert kimi Qazaxıstanda olmuşdur
Bakı, 6 noyabr (AZƏRTAC). Odlar Yurdu Universitetinin (OYU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ruslan Sədirxanov “Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Qazaxıstan Agentliyi”nin dəvəti ilə Qazaxıstan Humanitar-Hüquq İnnovasiya Universitetində (QHHİU) olmuşdur.
OYU-dan AZƏRTAC-a bildirmişlər ki, R.Sədirxanov xarici auditin həyata keçirilməsi məqsədi ilə ekspert komissiyasının işində iştirak etmişdir.
Qeyd edək ki, bu özəl ali məktəbdə 7000-dən çox tələbə, magistr və aspirant dövlət təhsil qrantları və müqavilə əsasında təhsil alır. Təhsil bakalavriaturada 28, magistraturada 5, doktoranturada (PhD) isə 1 ixtisas üzrə qazax və rus dillərində həyata keçirilir.
Ekspert komissiyasının işi QHHİU-nun rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]