OĞLANQALA KRALLIQ MƏRKƏZ OLMUŞDUR
Şərur rayonunun Oğlanqala kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri, yüksək keyfiyyətli keramika məmulatı, mixi yazılar, hesab sistemi, sütunlu saray Oğlanqalanın krallıq mərkəzi olduğunu təsdiq edir.
AZƏRTAC xəbər verir ki, bunu ərazidə arxeoloji qazıntı aparan Azərbaycan-ABŞ ekspedisiya qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyev demişdir. Onun sözlərinə görə, başa çatan arxeoloji qazıntıların nəticələrinin ilkin təhlili göstərir ki, bu krallığın özünəməxsus mədəniyyəti olmuşdur. Ekspedisiya zamanı əldə olunmuş nəticələr Oğlanqalanın dəmir dövrünə aid qala-şəhər, ətrafdakı dəmir dövrü yaşayış yerlərinin mərkəzi olduğunu sübut edir. Həmin tapıntılar Azərbaycan ərazisində ilk dəfə aşkar olunmuşdur.
Azərbaycan-ABŞ ekspedisiya qrupu tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində aparılan qazıntılar zamanı uzunluğu 35, eni 28 metr olan sütunlu saray üzə çıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]