OĞRU “İŞ BAŞINDA” YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş Əsgər Yusifov Nəsimi rayonunun Səməd Vurğun küçəsində yerləşən və İntiqam Abbasova məxsus “Təbəssüm” mağazasını yararkən Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. O, qapını sındıraraq mağazaya girmiş, burada yerləşən valyutadəyişmə məntəqəsindən 1 milyon 888 min 500 manat, 1000 Rusiya rublu və 200 min manatlıq danışıq kartı oğurlayarkən tutulmuşdur.
Faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]