Oğuz rayonunda Şərq çinarını kəsən şəxs təbiətə 4000 manat məbləğində ziyan vurub
Bakı, 26 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Oğuz rayonu Qumlaq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində diametri 112 santimetr olan yaşköküstə 1 Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.
Araşdırma zamanı ağacın Oğuz rayonu Şirvanlı kənd sakini Ramiz Abdullayev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]