Oğuzda ödənişli xidmətlərin həcmi 14,9 faiz artıb
Oğuz, 11 fevral, Mustafa Dadaşov, AZƏRTAC
2022-ci ildə Oğuz rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki illə müqayisədə 1 milyon 790,5 min manat və ya 14,9 faiz artaraq 13 milyon 799,3 min manat olub. Ödənişli xidmətlərin 5 milyon 589,1 min manatı və ya 40,5 faizi hüquqi, 8 milyon 210,2 min manatı və ya 59,5 faizi fiziki şəxslərin payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, il ərzində əhaliyə 1 milyon 401 min manatlıq məişət xidmətləri göstərilib. İaşə dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 869,9 min manat və ya 57,2 faiz artaraq 2 milyon 391,9 min manat təşkil edib. Xidmət təşkilatlarında işləyən hər işçiyə düşən nominal əmək haqqı 314,9 manat olub. Bu, əvvəlki illə müqayisədə 62 manat və ya 24,5 faiz çoxdur.
Ötən il rayon əhalisinə, eləcə də müəssisə və təşkilatlara faktiki qiymətlərlə 835,2 min manatlıq informasiya və rabitə xidmətləri göstərilib. Xidmətlərin həcmi əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 91,1 min manat və ya 12,2 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]