Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb
Oğuz, 22 iyul, AZƏRTAC
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Padar kəndində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri Qənimət Əhmədov və Elxan Səmədov olduqları müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci (dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Kömür quyularının isə üzəri torpaqla örtülərək fəaliyyəti dayandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]