Oğuzda yeni tut bağları salınır
Oğuz, 16 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yeni tut bağlarının salınması məqsədilə baramaçılıqla məşğul olan kümçülərə bu günlərdə 9 min 400 ədəd yerli tut tingi paylanılıb. İndiyədək 6 min tingin əkilməsi təmin olunub və əkin davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, yeni tut bağlarının salınması məqsədilə son illər Oğuz rayonunda da zəruri işlər görülür. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 135 mindən çox tut tingi əkilib. Bunun 83,5 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş, 51,5 min ədədi isə yerli tut tingləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]