Olesya Aksyonova: Özümü Azərbaycan mədəniyyətinin bir parçası hiss edirəm
Bakı, 11 dekabr, Günel Alıyeva, AZƏRTAC
Əslən yarı rus, yarı tatar olsam da, özümü Azərbaycan mədəniyyətinin bir parçası hiss edirəm. Azərbaycan adət-ənənələrinə, dilinə və musiqisinə səmimi-qəlbdən heyranam. Azərbaycan yaradıcılıq prosesinin bir parçası olmaq mənim üçün böyük sevincdir.
Bu barədə “Günay” Uşaq Teatrının üzvü Olesya Aksyonova AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib.
“Biz Azərbaycan mədəniyyətini qoruyub saxlamaq üçün onu bilməliyik. Mədəniyyəti qoruduğumuz zaman bununla da gələcəyimizi qoruyur və qururuq”, - deyə o qeyd edib.
Müsahibimiz vurğulayıb ki, baş rollardan birini canlandırdığı “Arşın mal alan” tamaşasında iştirak etmək onun üçün xüsusi bir məsuliyyət və şərəfdir: “Mənim üçün bu, Azərbaycan incəsənətinin klassiklərinə toxunmaq, onu daxildən hiss etmək və digər uşaqlarla birlikdə onun əhvali-ruhiyyəsini, yumorunu və gözəlliyini tamaşaçılara çatdırmaq üçün bir fürsətdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağılılar aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]