OLİMPİYA-İDMAN KOMPLEKSİ CƏLİLABADDA İDMANIN İNKİŞAFINA TƏKAN VERƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 7-də Cəlilabad Olimpiya-İdman Kompleksinin tikintisində də olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində tikintisinə 2007-ci ildə başlanmış bu idman qurğusu 4 hektarlıq ərazidə yerləşəcəkdir. Kompleksə əsas idman salonu, üzgüçülük hovuzu, müxtəlif idman meydançaları, salonlar, müasir üslubda ikimərtəbəli mehmanxana və kotteclər daxildir. Burada respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Yeni qurğu həm də bədən tərbiyəsi və idmanın inkişafına təkan verəcəkdir.
Prezident İlham Əliyev obyektin layihəsinə baxdı, tikinti işlərinin gedişi ilə tanış oldu.
Dövlətimizin başçısı ölkəmizdə bu sahənin tərəqqisinə xüsusi diqqət yetirildiyini bildirdi, tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması barədə tapşırıqlarını verdi.
X X X
Bununla da Prezident İlham Əliyevin Salyan və Cəlilabad rayonlarına səfəri başa çatdı.
######
![]() |
![]() |

