İDMAN
ÖLKƏ BASKETBOL ÇEMPİONATININ OYUNLARI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində kişi və qadınlar arasında ölkə basketbol çempionatının növbəti turunun oyunları keçirilmişdir.
Kişi basketbolçuların oyunlarında nəticələr belə olmuşdur: “Qala”-“Binəqədi bələdiyyəsi”-104:59, “Qərb Universiteti”-“Azəri”-71:77. Bu turda “Aztop” komandası istirahət etmişdir. Hazırda ikiqat ölkə çempionu “Qala” 16 xalla turnir cədvəlinə başçılıq edir. Qadınlar arasında keçirilən oyunların nəticələri isə belədir: Nərimanov rayon UGİM-“Məşəl-1”-29:102, “Xəzər Universiteti”-Qaradağ rayon UGİM-57:26, “Məşəl-2”-Sumqayıt şəhər UGİM-60:38.
Yeniyetmə basketbolçular arasında isə üç oyun olmuşdur. Sabunçu rayon UGİM-Qaradağ rayon UGİM-37:66, “Spartak” İC-“Renat”İK-66:54, “Təhsil” RİM-Xətai rayon UGİM-62:61. Hazırda “Təhsil” RİM 14 xalla turnir cədvəlində birinci yerdədir.