Ölkəmizi Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar
Bakı, 1 may, AZƏRTAC
Azərbaycanı bu il “Avroviziya -2023”də təmsil edən Tural və Turan qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər.
AZƏRTAC xəbər verir ki, qardaşlar mayın 9-da birinci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.