OMAN MƏRKƏZI BANKI AZƏRBAYCAN MILLI BANKININ TƏCRÜBƏSINI ÖYRƏNIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu, xarici ölkələrin mərkəzi bankları nümayəndələrinin eyni məqsədlə Azərbaycana dördüncü səfəridir. Bundan əvvəl Gürcüstan və Qırğızıstan milli banklarının, Mərkəzi Afrika Ölkələri Bankının nümayəndə heyətləri Azərbaycan Milli Bankının təcrübəsi ilə tanış olmuşlar.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankının bu yaxınlarda başa çatmış Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsi proqramı (“FSAP”) çərçivəsində Milli Bankda tətbiq edilmiş ödəniş sistemlərinin qiymətləndirilməsi aparılmış, bunların beynəlxalq standartlara və sistem əhəmiyyətli ödəniş sistemlərinin əsas prinsiplərinə tam uyğunluğu təsdiq edilmişdir.