OMBUDSMAN AVROPA EVİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil ölkəmizdə insan hüquqlarının qorunması və təmin edilməsi sahəsində görülmüş işlər barədə qonağa məlumat vermiş, ölkəmizdə Avropa İttifaqı ilə əməkdaşlığa, yaxın qonşuluq siyasətinin davam etdirilməsinə önəm verildiyini vurğulamışdır. O, Avropa İnsan Hüquqları Konvensiyasının 55 illiyi münasibətilə Azərbaycanda Avropa Şurası ilə birlikdə insan hüquqları üzrə beynəlxalq seminarın keçirilməsinin nəzərdə tutulduğunu, “Avropa İnsan Hüquqları standartlarının milli insan hüquqları təsisatları institutları tərəfindən tətbiqi” mövzusunda ikigünlük tədbirin keçirilməsinin qərara alındığını qonağın diqqətinə çatdırmışdır.
E.Süleymanova idarəetmə işinin təkmilləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini bildirmiş və birgə əməkdaşlıq təklif etmişdir.
V.Şporrer müvəkkilin təklifini yüksək qiymətləndirmiş, insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümid bəslədiyini söyləmişdir.