On ayda Azərbaycanla Belarusun ticarət dövriyyəsi 252 milyon dolları keçib
Minsk, 17 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 252 milyon dollardan çox olub.
Bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 91,4 milyon dollar, ölkəmizdən Belarusa isə 161, milyon dollar təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]