On bir yaşadək uşaqlar arasında badminton üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 9 may, AZƏRTAC
Bakıda 1 saylı idman liseyinin badminton zalında 11 yaşadək uşaqlar arasında ölkə birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Bakı ilə yanaşı Gəncə, Qusar, Lənkəran və Siyəzəndən 40 qız və 46 oğlan arasında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Oğlanların şəxsi yarışlarında Məhəmməd Hacıyev, qızlarda Həbibə Quliyeva, oğlanların qoşa yarışlarında Məhəmməd Hacıyev-Eldəniz Novruzov, qızlarda Esma Məmmədova-Həbibə Quliyeva, qarışıq qoşa yarışlarda isə Eldəniz Novruzov-Həbibə Quliyeva birinci yerləri tutublar.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın qalibləri diplom və medallarla təltif ediliblər.