Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub
Bakı, 6 may, AZƏRTAC
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Media Reyestrinə daxil olunmuş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə olunan sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.
Qeyd edək ki, müsabiqəyə mayın 13-də saat 18:00-dək müraciət etmək mümkündür.
Müsabiqənin qaydaları ilə linkə keçid etməklə ətraflı tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]
Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol
- 09.06.2026 [14:40]