ORDU KLUBUNUN GİMNASTLARI İRƏLİDƏDİRLƏR
Birinci dərəcəli gimnastların turnirində fəxri kürsünün ən yüksək pilləsinə 98 balla Elvin Ağadadayev (MOİK) qalxmışdır. Onun ardınca Uğur Xəlilbəyli (95,1 bal, lisey) və Murad Tatlıyev (88 bal, gimnastika məktəbi) gəlirlər. Çempionatın yekunlarına görə, 2006-cı il martın 1-6-da Tehranda keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcək gimnastlar müəyyənləşəcəkdir.
Ötən istirahət günləri tamblinq üzrə respublika birinciliyi başa çatmışdır. Yarışlarda Bakı və Dəvəçidən 35 idmançı iştirak etmişdir. İdman ustaları arasında birinci yeri 98,2 balla Səid Səlimov (Gimnastika məktəbi) tutmuşdur. İkinci yerə Rahib Əliyev (96,4 bal, gimnastika məktəbi), üçüncü yerə Isə 95,2 balla ölkəmizin şimal bölgəsinin nümayəndəsi Rövşən Əliyev layiq görülmüşlər.
Ustalığa namizədlər arasında ən yaxşı nəticəni Teymur Oduşev (28,3 bal, gimnastika məktəbi) göstərmişdir. İkinci və üçüncü yerləri dəvəçililər - Abbas Qüdrətov (27,5 bal) və Nicat Əliyev (27,08 bal) tutmuşlar.
Kişilər arasında birinci dərəcəli idmançılar yarışında birinci yeri İlqar İmanlı (26,29 bal) tutmuşdur. İkinci yerə Nəbi Mirzəliyev (26,19 bal), üçüncü yerə isə Vüqar Rəhmanov (26,09 bal gimnastika məktəbinin nümayəndələri) çıxmışlar.
Qadınlar arasında birinci dərəcəli idmançıların yarışında gimnastika məktəbinin nümayəndəsi Nərminə Minequlova rəqiblərini arxada qoyaraq 27,88 bal toplamışdır. İkinci yeri “Neftçi”nin nümayəndəsi Evelina İbrahimova (27,35 bal), üçüncü yeri isə Nizami rayonu idman məktəbinin yetirməsi Əminə Abdullayeva (25,3 bal) tutmuşlar.
Birincilik gələn il fevralın əvvəllərində Stavropola, iki həftəlik təlim-məşq toplanışına yollanacaq namizədləri müəyyənləşdirmişdir.