Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilib

Ordubad, 5 may, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin muxtar respublikada uğurla davam etdirilməsi iqtisadiyyatın sürətli inkişafına, yeni müəssisələrin və iş yerlərinin açılmasına səbəb olub. Yeni iş yerlərinin açılması və bütün sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi isə ixtisaslı və peşəkar kadrlara olan tələbatı artırıb. Bu səbəbdən də son illər muxtar respublikada peşə təhsilinin inkişafı diqqət mərkəzində saxlanılır, peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası ilbəil möhkəmləndirilir. Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi də muxtar respublikada bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 5-də - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilir. Son illər 200-dən çox təhsil müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, müasir maddi-texniki və tədris bazası yaradılıb. Təhsilin inkişafı konsepsiyasının tərkib hissəsi kimi peşə təhsili infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Bu gün nazirliyin tabeliyində 4 peşə məktəbi və 1 peşə liseyi fəaliyyət göstərir. 2015-2016-cı tədris ilində peşə təhsili müəssisələrini 604 məzun bitirib. Hazırda 25 ixtisas üzrə 633 müdavim müxtəlif peşə ixtisasları üzrə təhsilini davam etdirir. Məmməd Qəribov göstərilən diqqətə və yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin müəllimi Tural Zeynalov deyib ki, muxtar respublikada təhsil müəssisələri ən müasir informasiya texnologiyaları ilə təmin edilir. Bir vaxtlar lövhədə yazmaq üçün tabaşir tapılmayan məktəblərimizdə indi dərsləri elektron lövhə vasitəsilə tədris edirik. Təhsilimiz 20 ildə 100 illik inkişaf yolu keçib. Bütün bunlar xoşbəxt gələcəyin bünövrələridir. Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi də kollektivin məsuliyyətini artırır, daha səylə işləməyə ruhlandırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərində muxtar respublika əhəmiyyətli peşə məktəbinin istifadəyə verildiyini bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Hər bir ölkənin inkişafı onun yetişdirdiyi ixtisaslı kadrlardan asılıdır. Ordubad Texniki Peşə və Sürücülük Məktəbində təhsil alan, peşə öyrənən gənclər də gələcəkdə öz yaşayışlarını təmin etməklə yanaşı, həm də ölkəmizin inkişafına töhfələr verəcəklər. Bu mənada peşə təhsili hər bir ölkə üçün ali təhsil qədər əhəmiyyətlidir. Çünki iqtisadiyyatın bütün sahələrində ali təhsilli mütəxəssislərlə yanaşı, peşə ixtisası olan kadrlara da böyük tələbat vardır.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə peşə təhsilinə xüsusi diqqət göstərilir. Hələ ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Azərbaycanın gələcək inkişafına hesablanmış tədbirlər həyata keçirilmiş, ölkəmizin müxtəlif bölgələrində peşə məktəbləri fəaliyyətə başlamışdır. Bu tədbirlərin tərkib hissəsi kimi 1979-cu ildə Naxçıvan şəhəri 32 nömrəli peşə məktəbinin Ordubad filialı yaradılmış, 1980-ci ildə isə 166 nömrəli Ordubad orta Texniki Peşə Məktəbi kimi fəaliyyətini davam etdirmişdir. Məktəbin məzunları bu gün ölkəmizin müxtəlif sahələrində fəaliyyət göstərirlər.

Qeyd olunub ki, Ordubad şəhərində fəaliyyət göstərən peşə məktəbi uzun illər həm orta, həm də peşə təhsili verdiyi üçün ixtisaslı kadrların hazırlanmasında çətinliklər yaranırdı. Gənclər seçdikləri peşələrə tam yiyələnə bilmirdilər. Lakin bu gün istifadəyə verilən peşə məktəbi müxtəlif peşə sahələri üzrə ixtisaslaşıb. Artıq müdavimlər yalnız seçdikləri peşələr üzrə təhsil alırlar ki, bu da peşəkar kadr hazırlığında vacib məsələdir. Peşə məktəbinin binası tam müasir tələblərə cavab verir. Binada hər bir peşəyə aid emalatxanalar, elektron lövhəli siniflər, tədris avadanlıqları, sürücülük peşəsinə yiyələnmək istəyənlər üçün müasir avtotrenajorlar istifadəyə verilib, məktəbə ixtisaslı müəllimlər cəlb olunub. Bu da imkan verəcəkdir ki, peşə məktəbini bitirən gənclər seçdikləri ixtisas üzrə peşəkar kadr kimi yetişsinlər. Bu gün inkişaf etmiş ölkələrdə də peşə təhsilinə üstünlük verilir. Böyük şirkətlər özlərinin ayrıca peşə məktəblərini yaradırlar. Çünki keyfiyyətli və rəqabətədavamlı məhsul istehsal etmək üçün ilk növbədə peşəkar kadr hazırlığına diqqət yetirmək lazımdır.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada gənclərə peşə təhsili vermək üçün lazımi imkanlar vardır. Hazırda muxtar respublikada yataqxanası olan peşə məktəb kompleksləri fəaliyyət göstərir. Bu məktəblərdə oxuyan gənclərə dövlətimiz tərəfindən təqaüd verilir. Bu gün Ordubad şəhərində istifadəyə verilən 522 yerlik peşə məktəbində müdavimlərin hərtərəfli təhsil alması, eləcə də məktəbin 100 yerlik yataqxanasında onların yaşayışı və qidalanması üçün lazımi şərait vardır. Muxtar respublikanın istənilən rayonundan, hətta Azərbaycanın digər bölgələrindən də müraciət edənlər bu məktəbdə təhsil ala bilərlər.

“Peşə məktəblərinin inkişafı bundan sonra da diqqətdə saxlanılacaqdır. Çünki peşəsi olmayan gənc gələcəkdə heç nəyə müvəffəq ola bilməz”, - deyən Ali Məclisin Sədri bildirib ki, hər bir gənc gələcək həyatını qurmaq üçün, ilk növbədə peşə sahibi olmalıdır. İstər peşə təhsili, istərsə də orta ixtisas və ali təhsil almasından asılı olmayaraq seçdiyi ixtisası dərindən mənimsəməlidir. Bu tədbirlər ölkəmizdə ona görə həyata keçirilə bilir ki, Azərbaycan müstəqil dövlətdir. Ölkəmizdə ulu öndərimiz Heydər Əliyevin siyasi xətti və ideyaları uğurla həyata keçirilir. Bu gün Azərbaycanda, eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qurulanlar, yaradılanlar, mövcud inkişaf ulu öndər Heydər Əliyev siyasətinə sədaqətin və bu yolun uğurla davam etdirilməsinin nəticəsidir. Ulu Öndərimizin doğum günü ərəfəsində istifadəyə verilən Ordubad Texniki Peşə və Sürücülük Məktəbi də dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsinin daha bir nümunəsidir. Ona görə də gənclərimiz bu yol üçün çalışmalı, bu yolun davamı üçün səy göstərməlidirlər. Hər bir gənc, ilk növbədə yaxşı oxumalı, yaxşı peşə öyrənməli, ölkəsinə, Vətəninə, millətinə sədaqətlə xidmət etməlidir. Budur Heydər Əliyev yolu.

Ali Məclisin Sədri bu yolda hər kəsə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, Ordubad Texniki Peşə və Sürücülük Məktəbi yataqxana və tədris korpusundan ibarətdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan tədris korpusu 522 yerlikdir. Burada 12-si elektron lövhəli olmaqla 28 sinif otağı, 4 emalatxana, şahmat sinfi, müəllimlər, kompüter, tibb və arxiv otaqları, kitabxana, 2 bərbər otağı, bufet, idman zalı və hərbi kabinə vardır. Kitabxanada məktəbdə tədris olunan peşələrə uyğun 2 minə yaxın dərs vəsaiti və bədii ədəbiyyat qoyulub.

Məktəbdə qadın bərbəri, bərbər, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, xalçaçı, traktorçu-maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant, avtomobil sürücüsü, elektrik və rabitə montyoru olmaqla 11 peşə ixtisası tədris olunacaqdır. Sinif otaqları ayrı-ayrı ixtisaslara uyğun avadanlıq və əyani vəsaitlərlə təchiz olunub.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib: Ordubad Texniki Peşə və Sürücülük Məktəbinin müasir şəraiti vardır. Gənclər burada hərtərəfli təhsil ala biləcəklər. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə nizam-intizam və tələbkarlıq artmalıdır. Müasir texnologiyalar, yeni innovasiyalar gənclərə hərtərəfli öyrədilməli, peşəkar mütəxəssislər yetişdirilməlidir. Müəllimlər daim öz üzərlərində işləməli, yeni tədris metodları tətbiq olunmalıdır.

Müəllimlərdən Afət Qasımova minnətdarlıq edərək deyib ki, son illər muxtar respublikanın sürətli inkişafı təhsilin bütün pillələrini, o cümlədən peşə təhsilini də əhatə edib. Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni kompleksin istifadəyə verilməsi kollektivin böyük sevincinə səbəb olub. Məktəbdə yaradılan şəraitdən səmərəli istifadə edəcək, gənclərin bacarıqlı mütəxəssis və əsl vətəndaş kimi yetişməsində bilik və bacarığımızı əsirgəməyəcəyik.

Məktəbin 100 çarpayılıq yataqxana binasında istirahət otaqları, camaşırxana, yeməkxana, komendant otağı, əşya və ərzaq anbarları vardır. Yataqxanada müdavimlərin rahatlığı üçün lazımi şərait yaradılıb.

Müdavimlər məktəbin həyətindəki təlim meydançasında əyani vərdişlərə yiyələnəcəklər. Meydança yol hərəkəti qaydalarına uyğun olaraq işarələnib, işıqforlar quraşdırılıb. Sürücülük kursu keçənlərin praktik vərdişlərinin artırılması üçün məktəbə “Naz lifan-320” markalı minik avtomobili təqdim edilib.

Məktəbin həyətində də geniş abadlıq işləri görülüb, istirahət guşəsi, açıq idman qurğuları, futbol və basketbol meydançaları istifadəyə verilib.

Naxçıvan-Ordubad magistralı - Culfa şəhər

avtomobil yolu yenidən qurulur

Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri yol infrastrukturunu da əhatə edib. Son illər bütün yaşayış məntəqələrində müasir avtomobil yolları salınıb, avtomobillərin rahat hərəkəti təmin edilib. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan-Ordubad magistralından Culfa şəhərinə qədər olan avtomobil yolu yenidən qurulur.

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, uzunluğu 2 kilometr olan avtomobil yolunun asfalt örtüyü götürülüb, yol yatağı genişləndirilərək 10 metrə çatdırılıb. Tikinti işləri aparılarkən yolun üzərindəki körpü də yenidən qurulacaq, müvafiq təhlükəsizlik tədbirləri görüləcəkdir. Həmçinin yolun kənarları abadlaşdırılacaq, piyada yolu salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması barədə müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib