Azərbaycan Dövlət İnformasiya Agentliyi

Orta Dəhliz region ölkələri üçün iqtisadi əməkdaşlıq platformasına çevrilib - ŞƏRH

Orta Dəhliz region ölkələri üçün iqtisadi əməkdaşlıq platformasına çevrilib - ŞƏRH

Bakı, 25 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) artıq yalnız Asiyadan Avropaya və əks istiqamətə yük daşımaq üçün yol deyil, eyni zamanda, dəhliz boyu yerləşən dövlətlərin geniş əməkdaşlıq platforması kimi qəbul edilir. Buna misal olaraq Azərbaycan ilə Qazaxıstan arasında Orta Dəhliz üzrə əməkdaşlığı göstərmək olar. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində “Samruk-Kazına” Fondu ilə Azərbaycanın AZCON dövlət holdinqi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması Avrasiya regionunda yeni nəqliyyat-tranzit zonasının inkişaf mərhələsinin başlanğıcı oldu. Bunun üçün əsas isə dəhlizin bu günə kimi fəaliyyəti dövründə yaradılıb. Təsadüfi deyil ki, 2025-ci ilin ötən 9 ayı ərzində Ələt limanından 6,1 milyon ton yük aşırılıb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

Azərbaycanın Ələt və Bakı Dəniz Ticarət limanları ilə Qazaxıstanın Aktau və Kurık limanları arasındakı əlaqələr, onların imkan və potensialları yükdaşımaları daha çox artırır. Qazaxıstanın beynəlxalq nəqliyyat infrastrukturunun əhəmiyyəti ondan ibarətdir ki, Asiyadan Avropaya daşınan yüklər məhz bu ölkədə cəmləşir. Daha sonra isə TBNM (Orta Dəhliz) ilə Azərbaycana buradan da Avropaya nəql olunur ki, bu da hər iki ölkədə nəqliyyat infrastrukturunun, o cümlədən, dəniz və hava limanlarının, dəmir və avtomobil yollarının daha da genişləndirilməsini tələb edir. Azərbaycan beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinə daha birini də əlavə edir - Zəngəzur Dəhlizini.

Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin məlumatına görə, Zəngəzur Dəhlizinin tərkib hissəsi olan 140,6 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 62 faizi başa çatdırılıb. Bu yol 9 stansiya, 4 tunel və 40 körpüdən ibarətdir. Bununla yanaşı, 123,6 kilometrlik Horadiz-Ağbənd avtomobil yolunun da inşası davam edir. Texniki dərəcəsi 1B olan bu yolun eni 14-21 metr arasında dəyişir ki, bu da onun sürətli və təhlükəsiz olacağından xəbər verir. Azərbaycan perspektivə baxaraq bu yollarla daşınacaq yüklərin daha da artırılması üçün bu başdan imkanlar yaradır. Prezident İlham Əliyevin sülhə doğru addım ataraq Ermənistana bu dəhlizdən istifadə etməyə icazə verməsi və ilk olaraq Qazaxıstandan Ermənistanda maneəsiz taxıl nəql olunmasına imkan yaratması rəsmi Bakının məqsədinin regionda sülhə və iqtisadi inkişafa nail olmaq niyyətindən xəbər verir. Mütəxəssislərin təhlilinə görə, ilkin mərhələdə 15 milyon ton yük səviyyəsi olan Zəngəzur Dəhlizi təkcə Orta Dəhlizin deyil, eyni zamanda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də aparıcı seqmentinə çevriləcək. Bu halda da Azərbaycan Ermənistanın təcrid vəziyyətindən çıxmasına köməklik edəcək və beynəlxalq aləmə yol açıb ticarət əlaqələrini genişləndirəcək.

ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin üzvü, senator Stiv Deys bu günlərdə Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşməsi” mövzusunda keçirilən konfransda çıxış edərək bildirib: “Həm Azərbaycan, həm də Ermənistan ABŞ ilə tərəfdaşlıq çərçivəsində sülh əldə etməyə qərara veriblər. Amerika diplomatiyası “Tramp marşrutu” (Zəngəzur dəhlizi) konsepsiyasının reallaşmasına dəstək verir. Bu marşrut Naxçıvanı Azərbaycan ilə birləşdirməklə yanaşı, həm də yeni ticarət marşrutu yaradacaq. Bu marşrutdan təkcə Azərbaycan ilə Ermənistan deyil, regionun digər dövlətləri də fayda qazanacaq”.

Tarixi təcrübə göstərir ki, ABŞ-ın dəstəklədiyi regional layihələr mütləq reallaşır. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri də ABŞ-ın siyasi dəstəyi ilə həyata keçirildi və Azərbaycan istehsal etdiyi enerji daşıyıcılarını dünya bazarına çıxardı.

Zəngəzur dəhlizinin intensiv fəaliyyəti Mərkəzi Asiya respublikalarından - onların infrastruktur obyektlərindən, dəhlizi təşviq etmələrindən, özəl və dövlət sektorunda fəaliyyət göstərən nəqliyyat şirkətlərinin əməkdaşlığından da asılı olacaq.

Rusiya-Ukrayna müharibəsi və şimal dəhlizinin uzun və təhlükəli olmasını Mərkəzi Asiya dövlətlərinin diqqətini Orta Dəhlizə yönəldib. Təsadüfi deyildir ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub.

Təqdimatda nəzərə çatdırılıb ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulandı ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Qazaxıstan hökumətinin hesabatına əsasən Abay vilayətində çəkilən dəmir yolu Qazaxıstanın Baxtı yaşayış məntəqəsi ilə Çinin Çuquçak məntəqəsini birləşdirəcək. Yol istismara verildikdən sonra iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 20, tranzit yükdaşımanın həcmi isə 48 milyon tona çatacaq. İki ölkəni birləşdirən dəmir yolunun tikintisi 2027-ci ildə başa çatacaq. Mütəxəssislərin hesabatına əsasən Baxtı-Çuquçak dəmir yolu istismara verildikdən sonra tranzit yükdaşımaların həcmi daha da artacaq. Çindən-Qazaxıstana tranzit yükdaşımaların artması Orta və Zəngəzur dəhlizlərinin də fəaliyyətini intensivləşdirəcək.

Beləliklə Azərbaycan dəyişən dünyada yeni çağırışlara cavab olaraq qeyri-neft sektorunun inkişafına nail olub və iki qitəni birləşdirən tranzit yollarını inkişaf etdirərək gələcəyə doğru inamla irəliləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH