Orxan Məmmədov: Ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolu çox vacibdir
Lerik, 13 iyun, İ.Adıyev, AZƏRTAC
Ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolu çox vacibdir.
AZƏRTAC-ın bölgə müxbri xəbər verir ki, bu sözləri “Lerikdə investisiya imkanları" mövzusunda keçirilən forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O qeyd edib ki, rayonlarda sahibkarlığın inkişafına, yeni biznes subyektlərinin yaradılmasına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr prioritet məsələlərdən biridir. Sahibkarlıq fəaliyyətinə başlamaq və biznesini inkişaf etdirmək, eləcə də dövlət dəstəyi mexanizmləri, o cümlədən KOBİA-nın dəstək və xidmətlərindən yararlanmaq istəyən sahibkarlar Agentliyin ölkənin 40-dan çox şəhər və rayonunu əhatə edən KOB dostu ofislərinə, KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər.