OTAQDA NƏFƏS ALMAQ ZƏRƏRDİR
Yapışqanlarda, spirtli laklarda, boyalarda, kosmetik vasitələrdə və məişət kimyasında bolluca formaldehid var. Bu maddə tədqiqat aparılmış 60 evdə tapılmışdır. Formaldehidin yol verilən norması hər 1 kubmetrdə 10 mikroqramdır. Lakin tədqiqat aparılan mənzillərin 1 kubmetrində orta hesabla 17 mikroqram formaldehid aşkar edilmişdir.
Benzoldan istifadə məhdudlaşdırılsa da, hər üç evdən birində bu maddə tapılmışdır. Evlərinin yaxınlığında qarajları olan, habelə boya ilə müntəzəm işləyən adamlar benzolun təsirinə daha çox məruz qalırlar.
Tədqiqatlar göstərmişdir ki, kif basmış və ya havaya karbon oksidi buraxan qızdırıcıların uzun müddət işlədiyi otaqlarda allergiyaya tutulmaq, yaxud tənəffüs orqanlarının xəstəliyinə yoluxmaq təhlükəsi böyükdür. Buna görə də otaqların havasını tez-tez dəyişmək lazımdır. Çünki bakteriyalardan başlıca müdafiə təmiz havadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” futbol klubunda kadr dəyişikliyi baş verib
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]