Ötən ay ərzində 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Bakı, 16 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 31 min 20 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 5594-ü (18 faiz) ilkin, 25, min 426-sı (82 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Bu ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 6420, mənzil – 7338, torpaq sahəsi – 16 min 184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar ayı ərzində 21 min 928 texniki pasport tərtib edilib, 5271 ipoteka müqaviləsi qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]