Ötən həftə 1455 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 13-19-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 62, tankəleyhinə 17 mina və 460 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib. 1455,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:37]
Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq
- 02.10.2026 [14:09]
Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib
- 02.10.2026 [14:08]
Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO
- 02.10.2026 [13:58]