ÖTƏN İL 5,2 MILYARD MANATDAN ÇOX QANUNSUZ XƏRCLƏNMİŞ VƏSAİT BÜDCƏYƏ BƏRPA EDİLMİŞDİR
Aparılan yoxlamalarla aşkarlanmış nöqsanlarda təqsirli vəzifəli şəxslərdən 23 nəfəri işdən azad olunmuş, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 283 nəfər vəzifəli şəxsə tətbiq edilmiş 100 milyon manat (AZM) məbləğində cərimə dövlət büdcəsinə ödənilmişdir. Mövcud qanunvericiliyə uyğun olaraq, 2005-ci ildə hüquq mühafizə orqanlarının məktublarına və məhkəmələrin qərarlarına əsasən 23 müəssisə və təşkilatda təftiş və yoxlamalar aparılmış, nəticələri aidiyyəti üzrə həmin orqanlara göndərilmişdir.