Ötən il Azərbaycan ilə Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon dollar olub
Bakı, 4 oktyabr, AZƏRTAC
Ötən il Azərbaycan ilə Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dolları olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 4-də keçirilən Azərbaycan-Yaponiya investisiya forumunda çıxışında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O qeyd edib ki, hər iki ölkə arasında ticarət əlaqələrinin daha da inkişafı üçün potensial var.