ÖTƏN İL NAXÇIVANA 1 MİLYARD KİLOVAT-SAATDAN ÇOX ELEKTRİK ENERJİSİ İDXAL OLUNMUŞDUR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən ildə Naxçıvan Muxtar Respublikasına 1 milyard kilovat-saatdan çox elektrik enerjisi idxal edilmişdir. Bunun 648 milyon 650 min kilovat-saatı İranın, 402 milyon 550 min kilovat-saatı isə Türkiyənin payına düşür.
Muxtar respublikanın ərazisindəki “Araz” su elektrik stansiyasında isə 91 milyon 900 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur.