Ötən il Venesuelada inflyasiya 234 faiz təşkil edib
Bakı, 24 yanvar, AZƏRTAC
2022-ci ilin yekunlarına əsasən Venesuelada inflyasiya 234 faiz təşkil edib.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, bu barədə Bolivar Respublikasının vitse-prezidenti Delsi Rodriges Türkiyə və Venesuelanın biznes dairələrinin nümayəndələri ilə görüşündə deyib. Bunu yaxşı göstərici adlandıran Rodriges bildirib ki, 2018-ci ildə ölkədə inflyasiya 130 min faizə çatmışdı.
Son illər Venesuelada yüksək inflyasiya, milli valyutanın devalvasiyası və qiymətlərin bahalaşması ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşanır. 2020-ci ildə ölkədə qiymət artımı 2 min 959 faiz, 2021-ci ildə isə 686 faiz olub. Venesuela Prezidenti Nikolas Maduro 2022-ci ildə ölkəsinin hiperinflyasiya vəziyyətindən çıxmağa başladığını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]