Ötən sutka ərzində 80 halda yanğına çıxış olub
Bakı, 21 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 80 halda yanğına çıxış və 22 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 22 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla 13 nəfər xilas edilib. Yanğınlar zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Eyni zamanda, qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]