Ötən sutka İtaliyaya dəniz yolu ilə minədək miqrant gəlib
Roma, 22 iyul, AZƏRTAC
Son 24 saat ərzində İtaliyanın cənubundakı Lampeduza adasına dəniz yolu ilə gələn 936 miqrant qəbul edilib.
AZƏRTAC xəbər verir ki, İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilən azyaşlılar və qadınlar da daxil olmaqla, ümumilikdə 936 miqrantın olduğu 28 qayıq sutka ərzində adadakı limana yan alıb. O cümlədən gecə saatlarında 7 kiçik qayıqdan 266 miqrant xilas olunub.
Lampeduza adasındakı düşərgədə hazırda 2501 nəfərin, o cümlədən 1034 azyaşlının olduğu bildirilib. Miqrantların 760-ı Siciliya adasındakı limana yola salınıb.
Qeyd edək ki, son illərdə İtaliya Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İlin əvvəlindən İtaliya 83 min 439 miqrant qəbul edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
- 29.09.2026 [11:33]
Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq
- 29.09.2026 [11:10]
Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]